Hindistan keçən ay Rusiya və İraqdan ucuz neft idxalını kəskin şəkildə artırıbbackend

Hindistan keçən ay Rusiya və İraqdan ucuz neft idxalını kəskin şəkildə artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan keçən ay Rusiya və İraqdan ucuz neft idxalını kəskin şəkildə artırıb.

Editor.az bu barədə Bloomberg-ə istinadla xəbər verir. Məlumata görə, Rusiyadan Hindistana yanacaq tədarükü oktyabr ayı ilə müqayisədə 9,7 faiz artaraq sutkada 1,74 milyon barelə, İraqdan isə 22 faiz artaraq 1,03 milyon barelə çatıb və 2022-ci ilin mayından bu yana ən yüksək səviyyəyə çatıb.

Analitiklər iddia edirlər ki, Hindistana neft məhsullarının idxalının artması neft emalı şirkətlərinin satış həcminin artması hesabına öz mənfəətlərini ən azı bir az da artırmaq istəyi ilə bağlıdır.

Kpler-in baş əmtəə eksperti Viktor Katona deyib: “Əlavə qazancın hər qəpiyi nəzərə alınır. Belə ki, Asiyanın ən qabaqcıl neft emalı zavodlarında belə marjalar bir barel üçün 7-8 dollar arasındadır”.

Qeyd edək ki, nooyabrın 30-da keçirilən iclasda OPEC+ alyansı təşkilatın bütün üzvləri üçün gündəlik neft hasilatının əlavə olaraq 1 milyon barel azaldılması barədə qərar qəbul edib. Ekspertlərin fikrincə, bu qərarı alyans neft bazarına nəzarəti saxlamaq üçün qəbul edib.

//Gülnarə Abasova, Editor.az