Hindistan-Pakistan gərginliyi böyüyür: Dehli Hind çayının Pakistana doğru axınını tamamilə bağladıbackend

Hindistan-Pakistan gərginliyi böyüyür: Dehli Hind çayının Pakistana doğru axınını tamamilə bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan-Pakistan gərginliyi böyüyür: Dehli Hind çayının Pakistana doğru axınını tamamilə bağladı

Hindistan bəndlər və kanallar vasitəsilə suyu tənzimləyən bütün dörd şlüz qapısını bağlayaraq Hind çayının Pakistana doğru axınını tamamilə bağlayıb. Pakistan daha əvvəl xəbərdarlıq etmişdi ki, Hindistanın Hind çayının axını dayandırmaq və ya yönləndirmək cəhdini müharibə aktı kimi qiymətləndirəcək. Bu, 1960-cı ildə hər iki ölkəni siyasi fikir ayrılıqlarına baxmayaraq su ehtiyatlarını paylaşmağa məcbur edən Hind Suları Müqaviləsinin imzalanmasından sonra ilk belə blokadadır.

Aprelin 24-də Pakistan Hindistana hava məkanını bağlayıb və Hindistanın hərbi məsləhətçilərini “personae non gratae” elan edib. Hindistan buna cavab olaraq Pakistan vətəndaşlarına vizaları dayandırıb və artıq verilmiş vizaları ləğv edib.
Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmirdə bir neçə insanın ölümü ilə nəticələnən terror aktından sonra ölkələr arasında gərginlik kəskin şəkildə artıb.

//Samir Qurbanov, Editor.az