Hindistan-Pakistan sərhədində atışma gedirbackend

Hindistan-Pakistan sərhədində atışma gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın ANI xəbər agentliyi hərbi mənbələrə istinadən xəbər verir ki, Pakistan ötən gecə Hindistanla sərhəddə atəş açıb.

Məlumata görə, atışmalar əvvəlcə nəzarət xətti boyunca, aprelin 30-na keçən gecə isə nəzarət xəttinin cənubunda baş verib.
Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Cammu və Kəşmirdə törədilən terror aktı nəticəsində çoxu hindistanlı turistlər olmaqla, onlarla insanın həlak olmasından sonra gərginləşib.

//Samir Qurbanov, Editor.az