Hindistan Pakistanı Banqladeşdəki etirazlara qoşulmaqda ittiham edir
Banqladeşdə keçirilən kütləvi etiraz aksiyalarında Pakistan kəşfiyyat xidmətləri əli ola bilər.
Editor.az bu barədə “India Today” ə istinadən xəbər verir. Nəşrin məlumatına görə, Banqladeş Millətçi Partiyasının sədr müavini Tarik Rəhmanın Səudiyyə Ərəbistanında ölkənin keçmiş baş naziri və müxalifətdəki Banqladeş Milli Partiyasının lideri Xalidə Ziya və onun üzvləri ilə görüş keçirdiyinə dair sübutlar var. Pakistanın Xidmətlərarası Kəşfiyyat Təşkilatı (ISI) Pakistan ordusu və kəşfiyyatı hazırkı hökuməti devirməyi və Pakistan tərəfdarı marşrutla gedən dissidentləri hakimiyyətə gətirməyi planlaşdırırdı.
İSİ ölkədə tələbə etirazlarının əsas təşkilatçısı olan İslami Çatra Şibir təşkilatına əhəmiyyətli köməklik göstərib. Bundan əlavə, qəzetin həmsöhbətləri Banqladeşdə vəziyyətin gərginləşməsində Pekinin də rol oynadığını qeyd ediblər.
//Gülnarə Abasova, Editor.az