Hindistan Rusiya neftindən imtina edərsə, 5 MİLYARD DOLLAR İTKİ ilə üzləşəcək!backend

Hindistan Rusiya neftindən imtina edərsə, 5 MİLYARD DOLLAR İTKİ ilə üzləşəcək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın Hindistanı Ukrayna münaqişəsini dolayısı ilə maliyyələşdirməkdə günahlandırması və Rusiya neftinin alınmasını azaltmağa çağırması Nyu-Dehli üçün ciddi xərclərə səbəb ola bilər.

Ekspertlərin qiymətləndirməsinə görə, Rusiya neftinin əvəzlənməsi Hindistanın illik enerji idxal xərclərini 5 milyard dollaradək artıra bilər.

Keçən həftə Tramp, Hindistanın Rusiya neftini almağa davam etməsinə cavab olaraq, ölkədən idxal olunan məhsullara əlavə 25%-lik tarif tətbiq edən fərman imzalayıb. Fərmanın qüvvəyə minməsi ilə Hindistan dünyanın ən yüksək idxal tariflərinə malik ölkələrdən biri olacaq.

//Samir Qurbanov, Editor.az