Hindistan Rusiya neftinə dair ittihamları rədd etdibackend

Hindistan Rusiya neftinə dair ittihamları rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Neft və Qaz naziri Hardip Singh Puri ölkənin Rusiya neftinin “prachkası” olduğu iddialarını əsassız sayıb.

Editor.az xəbər verir ki, The Hindu qəzetində yazdığı məqalədə o bildirib ki, Hindistan illərdir dördüncü ən böyük neft məhsulları ixracatçısıdır və bu mövqe Rusiya-Ukrayna münaqişəsindən əvvəl də mövcud olub.

Nazir həmçinin vurğulayıb ki, Avropa ölkələri Rusiya neftinə embarqo tətbiq etdikdən sonra Hindistanın yanacaq məhsullarına yönəlib.

//Samir Qurbanov, Editor.az