Hindistan Rusiyaya dərman tədarükündə Almaniyanı ötübbackend

Hindistan Rusiyaya dərman tədarükündə Almaniyanı ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Hindistan son iki ildə reytinqə başçılıq edən Almaniyanı qabaqlayaraq Rusiya bazarına ən böyük xarici əczaçılıq tədarükçüsü olub.

Editor.az bu barədə RNC Pharma analitik şirkətinin məlumatlarına istinadən yazır. Məlumatlara görə, ötən il Rusiyaya 293,9 milyon paket Hindistan dərmanı idxal edilib. Bu, əvvəlki illə müqayisədə 3% artım deməkdir. Analitiklər qeyd edirlər ki, Avropa əczaçılıq şirkətləri generik analoqların yaranması və bazarın məhdud olması səbəbindən Rusiyaya orijinal dərmanların idxalını azaldır.

Belə ki, ilin əvvəlində Amerikalı Viatris çoxlu sayda generik dərmanlarla rəqabətə görə erektil disfunksiyanın müalicəsi üçün məşhur olan Viaqra dərmanının Rusiya Federasiyasına tədarükünü dayandırıb. Yaponiyanın “Astellas” şirkəti isə qlobal miqyasda investisiyaların optimallaşdırılmasını əsas gətirərək Rusiyada analoqu olmayan antibiotik “Vilprafen”i bazardan çıxarıb.

//Gülnarə Abasova, Editor.az