Hindistan silahlarının dünyada hər hansı bir bazarı yoxdur: “Ermənistan dünyada yeganə ölkədir ki…”- ŞƏRHbackend

Hindistan silahlarının dünyada hər hansı bir bazarı yoxdur: “Ermənistan dünyada yeganə ölkədir ki…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın əsas məqsədi Cənubi Qafqazda hərbi-siyasi gərginliyi daha da artırmaq və bu gərginlikdən regiona yerləşmək üçün bəhanə qazanmaqdır. Bu məqsədə nail olmaq üçün isə Ermənistandan geopolitik alət kimi istifadə edir. Yəni, Ermənistandan özünün geopolitik maraqları üçün istifadə edir”.

Bu fikirləri Editor.az-a politoloq Elçin Xalidbəyli Fransa və Hindistanın son zamanlarda Ermənistanı yenidən silahlandırması ilə bağlı şərhində deyib.

Politoloqun sözlərinə görə, indiki situasiyada Fransanın regionla bağlı hədəfinə çatmaq üçün şansı bir o qədər də yüksək deyil:

“Situasiya və proseslər Fransanın əleyhinə inkişaf edir. Çünki Paris dünyadakı təsir gücünü getdikcə itirməyə başlayıb və eyni zamanda, ölkədaxili siyasi böhrana doğru irəliləyir. Yaxın gələcəkdə Fransanın xaosa düçar olma ehtimalı da kifayət qədər yüksəkdir. Bu baxımdan Fransanın Cənubi Qafqazda hansısa hədəfinə çatacağına inanmaq çox çətindir. Hindistana gəldikdə isə onun Cənubi Qafqazdakı proseslərə təsir göstərmək baxımından heç bir real mexanizmləri yoxdur. Ümumiyyətlə, Hindistanın Cənubi Qafqaza aidiyyatı olmayan ölkədir. Belə ki regionumuz Hindistana yaddır, ona görə də həmin ölkənin burada hansısa geopolitik maraqları ola bilməz. Sadəcə olaraq anlaşılan ondan ibarətdir ki, Hindistan özünün hərbi-sənaye kompleksini inkişaf etdirməyə çalışır və istehsal etdiyi silahların satılması üçün bazar axtarışındadır. Ən əsası isə ondan ibarətdir ki, Hindistan silahlarının keyfiyyəti dünyadakı alıcılar üçün elə bir cəlbedici xarakter daşımır. Hindistan silahlarının dünyada hər hansı bir bazarı yoxdur. Ermənistan dünyada yeganə ölkədir ki, Hindistan silahlarının alışına başlayıb və Hindistan da Ermənistana satış həyata keçirtməklə özünün istehsal etdiyi silahlar üçün bir piar kampaniyası aparmaq niyyətindədir. Ancaq Dehli silahlarına olan şübhələr hələ ki, bu dövlətin böyük silah ixracatçısına çevrilmə şanslarına ümidverici bir situasiya yaratmır. Bu baxımdan Hindistan üçün Ermənistan ən yaxşı halda öz istehsal etdiyi silahları sata biləcəyi kiçik bir ölkədən başqa bir şey deyil”.

//Gülnarə Abasova, Editor.az