Hindistan Ukraynada sülh istəyir, amma bununla bağlı heç bir planı yoxdurbackend

Hindistan Ukraynada sülh istəyir, amma bununla bağlı heç bir planı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Ukrayna ilə bağlı heç bir sülh planı yoxdur, ancaq sülhün bərqərar olması ümidi ilə Rusiya və Ukrayna arasında daim məlumat mübadiləsi aparır.

Editor.az bildirir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib. “Bu, bizim apardığımız bir növ kəşfiyyatdır. Yəni, bizim sülh planımız yoxdur”, – Hindistanın xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibəni döyüş meydanında həll etmək olmaz. Bununla belə, o əlavə edib ki, Hindistan hökuməti “müharibənin bitməsini sürətləndirmək və iki ölkə arasında ciddi danışıqlara başlamaq üçün edə biləcəyi hər hansı bir şeyin olub-olmadığını görmək üçün” hər iki tərəflə əlaqə saxlayır.

Nazir bildirib ki, hökumət bir tərəflə apardığı danışıqları digər tərəflə bölüşür. “Mənim fikrimcə, hər iki tərəf bunu yüksək qiymətləndirir”, – o deyib və əlavə edib ki, hər iki tərəflə əlaqə qurmaq arzusu və ya qabiliyyəti olan ölkə və ya lider yoxdur.

//Samir Qurbanov, Editor.az