Hindistan Ukraynada ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edərək diplomatiya yolu ilə sülhün əldə olunmasının tərəfdarıdır.
Editor.az bildirir ki, bunu Hindistanın baş naziri Narendra Modi avqustun 23-də Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı bildirib.”Mən sizə və bütün dünyaya demək istəyirəm ki, bu, bizim inancımız və öhdəliyimizdir və biz bunu çox yüksək səslə və aydın şəkildə deyirik: suverenliyə və ərazi bütövlüyünə hörməti dəstəkləyirik.
Bu, bizim üçün böyük əhəmiyyət kəsb edir”, – Modi deyib. Hindistan “müharibədən uzaq” olsa da, “laqeyd müşahidəçi” və ya neytral deyil. “İlk gündən bir tərəfimiz var – tərəfimiz sülhdür… Ona görə də Ukrayna torpağına gələndə sülh mesajı ilə gəldim”, – Modi vurğulayıb. Hindistanın baş naziri əlavə edib ki, Hindistan bura “Qlobal Cənubun üçüncü səsi” sammitində iştirak edən 120 ölkənin nümayəndələri adından sülh mesajı ilə gəlib. “Sülhə gəldikdə, Hindistan buna fəal töhfə verib. Bizim yanaşmamız insan yönümlü olub… Problemləri həll etməyin yeganə yolu dialoq və diplomatiyadan keçir və daha çox vaxt itirmədən biz bu istiqamətdə hərəkət etməliyik. Hər iki tərəf birlikdə oturub bu böhrandan çıxış yollarını axtarmalı olacaq”, – Modi bildirib. O, Hindistanın sülhün tezliklə bərpasına öz fəal töhfəsini verməyə hazır olduğunu bildirib.
//Samir, Qurbanov, Editor.az