Hindistan və Çin əsgərləri arasında toqquşmabackend

Hindistan və Çin əsgərləri arasında toqquşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan və Çin əsgərləri arasında toqquşma olub.

Editor.az APA-ya istinadən bildirir ki, toqquşma Hindistan ərazisində Naku-La keçidində baş verib.

Bildirilib ki, ölkə ərazisinə girməyə cəhd edən Çin hərbçilərinin qarşısı Hindistan hərbçiləri tərəfindən alınıb.

Toqquşma zamanı 20 çinli və 4 hindistanlı əsgər yaralanıb. Ərazidə vəziyyətin artıq nəzarət altında olduğu bildirilir.

Qeyd edək ki, toqquşma Hindistan və Çinin yüksək rütbəli hərbiçiləri arasında hərbi danışıqların doqquzuncu mərhələsi keçirilən ərəfədə baş verib.