Hindistan və Pakistan razılığa gəldilərbackend

Hindistan və Pakistan razılığa gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan və Pakistan nümayəndələri atəşkəs rejiminin mayın 18-dək uzadılması barədə razılığa gəliblər.

Editor.az bildirir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəhbəri və baş nazirin birinci müavini məlumat verib. İshaq Dar parlamentdəki çıxışı zamanı qeyd edib ki, ötən gün iki ölkənin hərbi əməliyyat komandirləri arasında telefon danışığı zamanı tərəflər rejimin uzadılması barədə razılığa gəliblər: “Hərbi əməliyyatlar komandirləri arasında söhbət zamanı atəşkəs mayın 12-dək uzadılıb. Mayın 12-də komandirlər yenidən çıxış edəndə atəşkəs mayın 14-dək uzadılıb. Mayın 14-də növbəti danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələnib”, – İshaq Dar deyib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər aprelin 22-də Pahalqam şəhəri yaxınlığında baş verən terror aktından sonra daha da pisləşib. Terror aktı nəticəsində 25-i Hindistan vətəndaşı olmaqla 26 nəfər həlak olub. Hindistan rəhbərliyi Pakistanı terrorçuları dəstəkləməkdə ittiham edib.

//Samir Qurbanov, Editor.az