Hindistanda 34 nəfər saxta spirtli içkidən ölübbackend

Hindistanda 34 nəfər saxta spirtli içkidən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar həddindən artıq istilərlə mübarizə aparan Hindistanın Tamil Nadu ştatında 34 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, spirtli içki qəbul edənlərdə başgicəllənmə, baş ağrısı, qusma, ürəkbulanma, qarın ağrısı və göz narahatlığı kimi əlamətlər göstərdiyi öyrənilib. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada 34 nəfərin saxta spirtli içkidən zəhərlənərək öldüyü bildirilib. Bildirilib ki, ən azı 80 nəfər xəstəxanada müalicə aldığı üçün ölənlərin sayının artacağından narahatlıq var.

Tamil Nadu əyalətinin baş naziri M. K. Stalin həyatını itirənlərin ailələrinə 1 milyon rupi (12 min dollar), xəstəxanaya yerləşdirilənlərə isə 50 min rupi (598 dollar) təzminat ödəniləcəyini açıqlayıb. Hadisə ilə bağlı 2 nəfərin saxlanıldığı öyrənilərkən, istintaq çərçivəsində 1 yüksək rütbəli polis əməkdaşı və 10 polis əməkdaşı səhlənkarlıq ucbatından işdən çıxarılıb. Hindistanda hər il onlarla insan piştaxtanın altında istehsal olunan qeyri-qanuni spirtdən zəhərlənərək ölür.

//Gülnarə Abasova, Editor.az