Hindistanda bina uçub: 3 ölü, 12 yaralıbackend

Hindistanda bina uçub: 3 ölü, 12 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Mumbay şəhərində 4 mərtəbəli bina çöküb. Editor.az  xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər dağıntılar altından 13 nəfərin çıxarıldığını bildirib. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.

Maharaştra ştatının prezidenti Subhaş Desai qəzadan sonra açıqlama verib.

“Qəzada həyatını itirənlərin ailələrinə lazımi yardım göstəriləcək, yaralılar pulsuz müalicə olunacaq. Qəzaya səbəb olanlar da araşdırılacaq və cəzalandırılacaq”,- deyə ştat rəhbəri bildirib.

Uçmuş binada axtarış-xilasetmə işləri davam edir.

//Nəzərbəy Hacıağayev, Editor.az