Hindistanda daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artırbackend

Hindistanda daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 80-ə yüksəlib.

Editor.az-ın Hindistan mətbuatında yer alan məlumata istinadən verdiyi xəbərə görə, 8 iyuldan etibarən ölkənin şimalındakı bir çox bölgədə güclü yağış və külək təsirini davam etdirir. Uttar Pradeş ştatında 42 nəfərin ölümünə səbəb olan güclü yağışlar nəticəsində yol və körpülər, eləcə də yol və körpülər yararsız hala düşüb. Yağışlar səbəbiylə 20 nəfərin həyatını itirdiyi Himaçal Pradeş əyalətinin rəsmisi Caqat Sinqh Neqi əyalət boyu 1300-dən çox yolun, o cümlədən magistral yolların yağışlardan mənfi təsirləndiyini bildirib. Son 41 ilin ən yağışlı iyul ayı Hindistan Meteorologiya Xidməti iyulun 9-da Himaçal Pradeş, Uttarakhand, Pəncab və Haryana şimal ştatları üçün ən yüksək hava xəbərdarlığı olan “qırmızı xəbərdarlıq” elan edib.

Açıqlamada Yeni Dehlidə 24 saat ərzində hər kvadrat metrə 153 kiloqram yağıntının düşdüyü, bunun 1982-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək yağıntı olduğu bildirilib.

Hindistanın Mərkəzi Su Komissiyasından verilən açıqlamada Dehlidə Yamuna çayının suyunun yüksəldiyi və iyulun 11-də təhlükə həddini 205,33 metr keçəcəyi qeyd edilib.

//Gülnarə Abasova, Editor.az