Hindistanda güclü daşqın: 8 nəfər ölübbackend

Hindistanda güclü daşqın: 8 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimal-şərqindəki Assam ştatında aramsız yağan yağışlar nəticəsində daşqınlar baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, selin baş verməsi nəticəsində 8 nəfər həyatını itirib, bir çox yaşayış məntəqələrinə ziyan dəyib.

Hindistan Meteorologiya Departamenti güclü yağışların qarşıdakı 4 gün ərzində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Hindistanın Uttarakhand əyalətində 2020-ci ildə baş verən daşqın nəticəsində 200 nəfər ölmüşdü.

//Nəzərbəy, Editor.az