Hindistanın şimal-şərqindəki Assam, Meqhalaya və Arunaçal, Pradeş əyalətlərində musson yağışlarının yaratdığı sel, torpaq sürüşməsi və qəzalar nəticəsində həyatını itirənlərin sayı 131-ə yüksəlib.
Editor.az “Hindustan Times”a istinadən xəbər verir ki, 11 nəfərin həyatını itirdiyi Assamda 2-si uşaq olmaqla, 7 nəfərdən xəbər olmadığı bildirilib. Ölkə rəsmilərinin verdiyi məlumatlara görə, həyatını itirən 131 nəfərdən ən azı 80-nin Assamdan olduğu bildirilib. Assamın 36 rayonundan 32-də 4,7 milyon insan daşqınlardan zərər çəkib.
Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları, xüsusilə Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.
//Gülnarə Abasova, Editor.az

