Hindistanda ildırım azı 25 nəfəri öldürdübackend

Hindistanda ildırım azı 25 nəfəri öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şərqindəki Bihar əyalətində ildırım və dolu nəticəsində azı 25 nəfər həlak olub. Bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.

“Baş nazirin ofisinin yaydığı bəyanata görə, Nalandada 18 ölüm, ardınca Sivanda iki, Katihar, Darbhanga, Begusarai, Bhaqalpur və Cehanabadda isə bir hadisə qeydə alınıb”, – xəbər agentliyi yazıb. Hindistanın siyasi partiyalarından biri olan Raştriya Janata Dalın lideri Tejaşvi Yadavın sözlərinə görə, pis hava səbəbindən ölənlərin sayı 50 nəfəri ötüb.

“Biharda fırtına, yağış, şimşək çaxması, ağacların aşması və divarın uçması ilə bağlı müxtəlif hadisələrdə 50-dən çox insanın faciəvi şəkildə həlak olması məni dərindən kədərləndirdi” – deyə o, sosial media platforması X*-da yazıb.

//Samir Qurbanov, Editor.az