Hindistanda istilər rekord həddə çatıb: 60 nəfər öldübackend

Hindistanda istilər rekord həddə çatıb: 60 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda rekord istilər exit-poll keçirən 33 nəfərin ölümünə səbəb olub. Səsvermələr parlament seçkiləri çərçivəsində keçirilib və ilkin məlumatlara görə, Hindistanın baş naziri Narendra Modinin hakim Hindistan Xalq Partiyası (Bharati Janata Partiyası, BJP) qalib gəlib.

Qeyd olunur ki, bu il 15 milyona yaxın insan seçki məntəqələrindən “exit-poll” keçirib. Hindistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Navdeep Rinva bildirib ki, həlak olanların ailələrinə 18 min dollar təzminat ödəniləcək.

Hindistanda havanın temperaturu son həftələr rekord həddə yüksəlib: ölkənin şimal bölgələrində istilər 42 dərəcəyə, mərkəzi hissələrdə 50 dərəcəyə çatır. Paytaxt Yeni Dehlidə keçən həftə 49,9 dərəcə temperatur qeydə alınıb. Ümumilikdə bu vaxta qədər ölkədə mövcud istilərdən azı 60 nəfər ölüb.

//Samir Qurbanov,Editor.az