Hindistanın Carkhand əyalətində kanat qəzası baş verib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, rəsmi məlumata əsasən Tirkut təpələrində 12 kanat vaqonu bir-biri ilə toqquşub.
Hadisə zamanı onlarla insan havada köməksiz vəziyyətdə qalıb və nəticədə 11 nəfər yaralanıb, bir nəfər isə dünyasını dəyişib. Xilasetmə işlərinin dünən gecədən davam etdiyi bildirilib.
//Editor.az

