Hindistanda koronavirus infeksiyasına yoluxanların sayı 4 milyon nəfəri ötübbackend

Hindistanda koronavirus infeksiyasına yoluxanların sayı 4 milyon nəfəri ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon nəfəri ötüb.

Nəzər Media.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 3-də ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 84 min 156 nəfər, ölənlərin sayı isə 1083 nəfər təşkil edib.

Saytın son məlumatına əsasən, bu günədək Hindistanda 4 milyon 14 min 744 nəfər koronavirusa yoluxub, 69 min 614 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib. Hazırda müalicəsi davam edən 843 min 885 xəstədən 8944 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Eyni zamanda, ölkədə 3 milyon 101 min 245 nəfərin COVID-19 xəstəliyindən sağalıb.

Hindistan həm COVID-19 xəstəliyinə yoluxanların, həm də ölənlərin sayına görə ABŞ və Braziliyadan sonra dünyada 3-cü yeri tutur.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyin yeni növ koronavirus olduğunu müəyyən ediblər. Sonradan xəstəlik rəsmən COVID-19 adlandırılıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılma sürətini nəzərə alaraq onu pandemiya elan edib.