Hindistanın bir bölgəsində səkkiz gündə 8 nəfər pələngin hücumuna məruz qalıb və sağ qala bilməyib.
Editor.az bu barədə “The Times of India”-a istinadla yazır.
Bütün hadisələr Maharaştra ştatının Çandrapur rayonunda baş verib. Qurbanlar arasında Bhandkrna kəndindən olan 70 yaşlı Rishi Pendor kimi yaşlı insanlar da var. Səlahiyyətlilər həmin şəxsin ruhi xəstə olduğunu bildiriblər. Hadisə baş verən gün kişi naməlum səbəbdən meşəyə girib və orada pələngin hücumuna məruz qalıb. Kişini xilas etmək mümkün olmayıb.
Digər hadisə isə 63 yaşlı Maroti Şendenin qara palma yarpaqlarını toplamağa getdiyi Vadhona kəndində baş verib. Həkimlər onu xəstəxanaya aparsalar da, xilas edə bilməyiblər.
Hər iki halda ailələrə 50 min rupi (təxminən 47 min rubl) məbləğində təzminat ödənilib.
Səkkiz qurbandan altısı qadındır. Ötən il eyni bölgədə cəmi 29 hadisə qeydə alınıb.
Yerli rəsmilərdən biri pələnglərin hücumu səbəbindən meşə yaxınlığında yarpaqların toplanmasının təhlükəsiz olmadığını bildirib. Yerlilərdən qrup halında işləmək və axşam saat 5-ə qədər evə getmələri istənilib.
//Gülnarə Abasova, Editor.az