Hindistanda səfiri olmayan ABŞ-dan Yeni Dehliyə mübahisəli təyinatbackend

Hindistanda səfiri olmayan ABŞ-dan Yeni Dehliyə mübahisəli təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra Hindistanda səfiri olmayan ABŞ-ın Yeni Dehlidəki yeni səfiri Los-Ancelesin keçmiş meri Erik Qarsetti olacaq.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, senat ABŞ prezidenti Co Baydenin ilk dəfə 2021-ci ildə Yeni Dehli səfirliyinə namizədliyini irəli sürdüyü Erik Qarsettinin təyin edilməsinə səs verib.

Qanunvericilər 42 “xeyr” səsinə qarşı 52 “hə” səsi ilə Qarsettini ABŞ-ın Yeni Dehlidəki səfiri vəzifəsinə təsdiqləyiblər.

Qeyd edək ki, ABŞ-ın 2021-ci ildən bəri Hindistanda səfiri yoxdur. Bayden 2021-ci ilin iyulunda Qarsettinin namizədliyini irəli sürsə də namizədlik ona qarşı irəli sürülən ittihamlara görə heç vaxt Senatda təsdiqlənməmişdi.

//Gülnarə Abasova, Editor.az