Hindistanın Andhra Pradeş ştatının Anakapalle şəhərində əczaçılıq laboratoriyasında qaz sızması baş verib.
Editor.az “Hüriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasedicilər işçiləri təxliyə edərək xəstəxanalara çatdırıblar. Verilən açıqlamaya görə 150 nəfər xəstəxanalara yerləşdirilib və müşahidə altında saxlanılır.
Sızıntının səbəbi hələlik məlum deyil.
//Nəzərbəy Hacıağayev, Editor.az

