Hindistanda turistləri güllələdilərbackend

Hindistanda turistləri güllələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalındakı Kəşmir bölgəsində baş verən atışma nəticəsində azı 25 turist həlak olub.

Editor.az bildirir ki, bu barədə “The Hindu” mənbəyə istinadən xəbər verir. Daha 20-dən çox insan yaralanıb. Hindistan hakimiyyəti ölənlərin sayını rəsmi olaraq açıqlamayıb.
Atışma Pahalqam şəhərində baş verib. Baysaran vadisində cığırla gedən turistlərə naməlum şəxslər atəş açıb. Yerli hakimiyyət hadisəni terror aktı adlandırıb. Hindistanın baş naziri Narendra Modi sosial media X hesabında yazıb:

“Terrorla mübarizə əzmimiz sarsılmazdır və daha da güclənəcək”.

Kəşmir bölgəsi Hindistan və Pakistan arasında mübahisəli ərazidir. Yeni Dehli İslamabadın bölgədəki ekstremistləri dəstəklədiyini iddia edir. Pakistan ittihamları rədd edir. 2024-cü ilin aprel-oktyabr aylarında Kəşmirdə silahlıların hücumları nəticəsində 44 nəfər həlak olub, -Hindistan rəsmiləri bildirib.

//Samir Qurbanov, Editor.az