Hindistandan ABŞ-a yollanan təyyarə yarasaya görə geri qayıtdı – VİDEObackend

Hindistandan ABŞ-a yollanan təyyarə yarasaya görə geri qayıtdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın paytaxtı Nyu-Dehlidən ABŞ-ın Nyuark şəhərinə uçan “Air India” sərnişin təyyarəsi yarasaya görə geri qayıdıb.

Bununla bağlı salondan çəkilən video jurnalist Tarun Şukla tərəfindən “Twitter”də yayımlanıb.

“2021-ci ildə təkcə bunu görməmişdik”, – deyə videonun müəllifi bildirib.

Məlumata görə, yarasa təyyarə uçuşa başlayandan yarım saat sonra görünüb.

Hava gəmisinin kapitanına bu barədə məlumat verildikdən sonra o, İndira Qandi hava limanına qayıtmağa qərar verib.