Hindistanın baş naziri Narendra Modi 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulduqdan sonra ilk səfərini Ukraynaya edib.
Editor.az bu barədə Hindistanın NDTV telekanalına istinadla xəbər verir.
Modinin Kiyevə səfər proqramının təfərrüatları açıqlanmayıb. Telekanalın məlumatına görə, səfər bir neçə saat davam edəcək.
//Gülnarə Abasova, Editor.az