Hindistanın baş naziri Narendra Modi Rusiyanın danışıqlar prosesindən kənarda qalması səbəbindən Ukrayna münaqişəsinin həlli üçün sammitin keçirilməsinə razılıq verməyib.
Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. “Modi Kiyevə səfəri zamanı Rusiyanın danışıqlar prosesindən kənarlaşdırılacağı təqdirdə Ukrayna üzrə sammitin keçirilməsinə hələ razı olmadığını açıqlayıb”, – nəşr yazır.
Mənbələrin məlumatına görə, Hindistanın baş naziri Ukraynanın yeni sammitin Rusiyasız keçirilməsi təşəbbüsünə şübhə ilə yanaşır.
//Samir Qurbanov, Editor.az