Hindistanın baş naziri Narendra Modi Ukraynaya səfər edəcəkbackend

Hindistanın baş naziri Narendra Modi Ukraynaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Xarici İşlər Nazirliyi baş nazir Narendra Modinin Polşa və Ukraynaya səfər edəcəyini açıqlayıb.

AFP xəbər verir ki, departament konkret tarixləri açıqlamayıb. “The Hindu” qəzeti səfərin avqustun 23-də baş tutacağını yazıb.

İyul ayında Hindistanın baş naziri Moskvaya iki günlük səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Danışıqlar zamanı Ukrayna məsələsi də müzakirə olunub. Ukrayna prezidenti Vladimir Zelenski səfərdən narazılığını bildirib. ABŞ da öz narahatlığını dilə gətirib. Narendra Modinin Ukraynaya səfəri zamanı Rusiya-Ukrayna münaqişəsində vasitəçilik təklif edəcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az