Hindistanlı milyarder Mukeş Ambaninin ailə sərvəti bütün Cənubi Asiya respublikasının ÜDM-nin demək olar ki, 10%-ni təşkil edir.
Editor.az xəbər verir ki, bu barədə “Hindustan Times” Hindistanın Barclays-Hurun Bankının hesabatına istinadən yazır. Martın 20-nə olan məlumata görə, Ambani ailəsinin sərvəti 25,7 trilyon rupi və ya 385,5 milyard dollar qiymətləndirilir. Ambaninin biznes imperiyası, Reliance Industries, ölkədəki ən böyükdür. O, enerji, telekommunikasiya və pərakəndə satış sektorlarını əhatə edib. Hindistanın ən varlı ailələri siyahısında ikinci yeri 7,13 trilyon rupi kapitalı ilə milyarder Neeraj Bajajın ailəsi tutur. Kumar Birla ailəsi 5,39 trilyon rupi ilə ilk üçlüyü tamamlanıb.
Hindistanın üç ən böyük ailə biznesinin ümumi aktivləri Sinqapurun ÜDM-i ilə müqayisə oluna bilən 460 milyard dollar dəyərindədir.
//Gülnarə Abasova, Editor.az