44 günlük İkinci Qarabağ Müharibəsinin ən qızğın vaxtında Hindistan Ermənistana müəyyən yardım etmək təklifini irəli sürüb.
Bununla yanaşı bu gün də ermənilərə artilleriya qurğuları, minaatanlar, mərmilər, tank əleyhinə idarə olunan raket qurğuları, rabitə vasitələri, müxtəlif çaplı atıcı silahlar və s. Yardım etməyə hazır olduğunu bildirib. Ermənistanın Hindistandan silah alması, ona hansı üstünlükləri qazandırır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Hindistanın Ermənistanı dəstəkləməyinin əsas səbəbi Azərbaycanın Pakistanla münasibətlərindən qaynaqlanır. Çünki Hindistan Pakistana düşmən ölkədir. Buna görə də Hindistan Azərbaycana qarşı Ermənistanı dəstəkləyir. Digər tərəfdən Türkiyə faktoru da burada əsas rol oynayır. Türkiyə-Azərbaycan münasibətləri Hindistan üçün qaneedici deyil.
Ermənistanın Hindistandan silah tədarükü həlledici olmayacaq. Bu halı İkinci Qarabağ müharibəsində də görmüşdük. Amma heç bir nəticə əldə olunmadı. Pentaqon Müdafiə Naziri açıqlayıb ki, Azərbaycan regionda əsas tərəfdaşımızdır. Bu onu deməyə əsas verir ki, Azərbaycan ABŞ-ın, Qərbin diqqət mərkəzindədir. Bununla da Qərb Hindistandan gələn təsirləri neytrallaşdırmağa çalışacaq”.
//Safura Bənnayeva,Editor.az

