Su-30MKI qırıcısı Hindistanın qərbindəki Maharaştra ştatında qəzaya uğrayıb. Təyyarədə olan iki pilot xəsarət alıb.
Qeyd olunur ki, təyyarə Hindistan Hərbi Hava Qüvvələrinin xidmətində olmayıb – təmirdən sonra sınaq uçuşu həyata keçirirdi.
Editor.az NDTV-ə istinadən xəbər verir ki, hadisə dünən, iyunun 4-də baş verib. Təyyarə Hindustan “Aeronautics Limited” tərəfindən təmir olunub. O, Su-30MKI təyyarələrini Rusiyanın Sukhoi Dizayn Bürosu tərəfindən verilmiş lisenziya əsasında istehsal edir. Su-30MKI iki yerlik yüksək manevr qabiliyyətinə malik qırıcıdır. Raketlərdən istifadə etməklə hava, yer və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Hindistan Hərbi Hava Qüvvələri üçün Su-30 əsasında Sukhoi Dizayn Bürosunda qırıcının dizaynı 1995-ci ildə başlanıb.
//Samir Qurbanov, Editor.az

