Hindistanlı ekspert Kanthan: Modinin Rusiyaya səfəri ABŞ-ın dünyada təsirinin azaldığını göstərirbackend

Hindistanlı ekspert Kanthan: Modinin Rusiyaya səfəri ABŞ-ın dünyada təsirinin azaldığını göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanlı geosiyasi analitik S.L. Kanthan bildirib ki, Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri ABŞ-ın dünyada təsirinin azaldığını göstərir.

Editor.az bu barədə Kanthanın Çinin “Global Times” qəzeti üçün yazdığı məqaləyə istinadla xəbər verir. O, ABŞ-ın digərlərindən daha güclü və zəngin olduğu dövrlərdə hegemonluğunun açarının təsirli “parçala və hökm sür” strategiyası olduğunu xatırladıb və bu mövzuda belə bir qiymətləndirmə edib: Amma güclər arasındakı bu uçurum sürətlə daralır. Bir sıra geosiyasi hadisələr, o cümlədən Modinin beş ildə Rusiyaya ilk səfəri bunu nümayiş etdirir.

Ekspert yazıb ki, ABŞ Ukraynada münaqişənin kəskinləşməsi ilə Moskva ilə Yeni Dehli arasında münasibətlərin daha da pisləşəcəyinə ümid edir, lakin Hindistan Rusiya ilə ticari və diplomatik əlaqələrini gücləndirməkdə davam etdikcə bu arzular puç olub və davam edib: Hindistanın Ukraynaya qarşı neytral mövqeyi və hətta Modinin İsveçrədəki “sülh sammitinə” qatılmaqdan imtina etməsi Vaşinqtonu daha da qıcıqlandırıb. ABŞ-ın açıq təhdidlərinə məhəl qoymayan Modi Hindistan-Rusiya hərbi əməkdaşlığını əhəmiyyətli dərəcədə gücləndirib.

Yeni Dehlinin beynəlxalq ticarəti dollardan xilas etmək ideyasını həvəslə qəbul etdiyinə işarə edən Kanthan deyib: “Bir sözlə, Amerika imperiyası getdikcə əhəmiyyətini itirir. ABŞ-ın seçimi var: ya çoxqütblü dünyaya qoşulmaq, ya da amansız və təcrid olunmuş hegemon olaraq qalır”.

//Gülnarə Abasova, Editor.az