Hitlerin doğulduğu ev polis bölməsinə çevrilir.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Avstriyada uzun illər davam edən mübahisələrdən sonra Hitlerin doğulduğu evi polis bölməsinə çevirmək üçün tikinti işlərinə başlanılıb. Avstriya hökuməti Almaniya sərhədi yaxınlığında yerləşən Braunau şəhərindəki evin neonasistlərin xatirə məkanına çevrilməsinin qarşısını almaq üçün həll yolları axtarırdı. Həll yolu kimi evin polis bölməsinə çevrilməsinə qərar verilsə də, bu qərar mübahisələrə səbəb olub.
Son sorğular göstərdi ki, evin polis bölməsinə çevrilməsinə əhalinin yalnız 6 faizi dəstək verir. Evin xatirə mərkəzinə çevrilməsini və ya kirayə verilməsini tələb edənlər də olub.
Qeyd edək ki, Adolf Hitler 1889-cu ildə Braunauda anadan olub.
//Gülnarə Abasova, Editor.az

