Hitlerin doğulduğu evdə insan haqları ilə bağlı təlimlər keçiriləcəkbackend

Hitlerin doğulduğu evdə insan haqları ilə bağlı təlimlər keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nasist Almaniyasının lideri Adolf Hitlerin Avstriyada doğulduğu ev polis bölməsinə çevrildikdən sonra polislərə insan haqları sahəsində təlim keçmək üçün istifadə olunacaq.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, “Hitlerin evi” kimi tanınan binanın və ya nasist liderinin doğulduğu evin nasist rəğbətçilərinin tez-tez ziyarətgahına çevrilməsinin qarşısını almaq və təkrar istifadəsini təmin etmək üçün yaradılan komissiyanın üzvü, tarixçi Oliver Rathkolb bu barədə mətbuata açıqlama verib. Rathkolb bildirib ki, Hitlerin doğulduğu evin taleyi ilə bağlı keçirilən rəy sorğularında əhalinin 53 faizi onun antinasist dünyagörüşü qurumuna çevrilməsinin lazım olduğunu, 23 faizi isə binanın sökülməsinin mümkün olmayacağını bildirib. 2026-cı ildə polis bölməsi kimi istifadə ediləcək binanın hər iki istiqamətə xidmət göstərəcəyini qeyd edən Rathkolb, “Yuxarı Avstriya əyalətindəki polislər gələcəkdə burada insan haqları sahəsində təhsil alacaqlar. Eyni zamanda , o, ölkədəki bütün polis qüvvələri üçün təlim mərkəzi kimi xidmətə açıq olacaq”, -deyib.

//Gülnarə Abasova, Editor.az