“Hizbullah” hərəkatının liderlərindən biri məhv edilibbackend

“Hizbullah” hərəkatının liderlərindən biri məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gecə saatlarında Livanın cənubuna zərbələr endirib.

Şiə “Hizbullah” hərəkatının Radvan təxribat birləşmələrinin komandirlərindən biri Əli Əhməd Hasin məhv edilib.

Editor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti aprelin 8-də özünün Telegram kanalında məlumat yayıb: “Zərbə Livanın cənubundakı Sultaniyyə bölgəsində baş verib”, – deyə SAXAL bildirib. Hasin veteran və briqada generalına bərabər rütbəli yüksək vəzifəli şəxs idi. Məhv edilən şəxs “İsrailin şimalında mülki İsrail vətəndaşlarına qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsinə görə məsuliyyət daşıyırdı”, -xəbərdə deyilir.

//Samir Qurbanov, Editor.az