“Hizbullah” hərəkatının məşhur səhra komandiri öldürülübbackend

“Hizbullah” hərəkatının məşhur səhra komandiri öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin hava qüvvələrinin Livanın cənubundakı Baraşita bölgəsinə hücum təşkil etdiyini bildirib.

İDF iddia edir ki, hücum nəticəsində, Livan “Hizbullah” hərəkatının səhra komandiri Əbu Əli Rid öldürülüb.

İsrail ordusunun Telegram kanalında verdiyi məlumata görə, Əbu Əli Rid İsrail hərbi obyektlərinə raket hücumlarının planlaşdırılması və həyata keçirilməsinə cavabdeh idi. O əlavə edib ki, hərəkatın komandiri mülki şəxslərə tank əleyhinə mərmilər atmaq da daxil olmaqla, “dəfələrlə terror hücumları həyata keçirib”.

İsrail hərbi hava qüvvələri Livanın cənubundakı Səfad əl-Bəttih bölgəsindəki “Hizbullah2 infrastrukturuna, o cümlədən komandanlıq mərkəzlərindən birinə hücum edib. İDF hərəkatın mərkəzdəki əməliyyatçılarının silah qaçaqmalçılığı və terror hücumlarının hazırlanmasına cavabdeh olduğunu deyib.

Xatırladaq ki, noyabrın 4-nə keçən gecə İsrail ordusu “Hizbullah”ın bir gündə İsrailə 105 raket atdığını bildirib. Təşkilat daha sonra Qərbi Qalileydəki ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib.

//Samir Qurbanov, Editor.az