“Hizbullah”ın yüksək rütbəli komandiri Fuad Şükr Beyrutun cənubunda İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.
Editor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, “məqsədli kəşfiyyata əsaslanan zərbə nəticəsində İsrail qırıcıları Beyrut ərazisində terror təşkilatının ən yüksək rütbəli komandiri və strateji bölməsinin rəhbəri Fuad Şükrü və ya Seyyid Muhseni öldürüblər”.
Fuad Şükr “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın “sağ əli”, habelə hərbi əməliyyatların planlaşdırılması və idarə olunması üzrə müşaviri olub.
Qeyd edək ki, dünən, iyulun 30-da İDF Livanın paytaxtı Beyruta hücum etdiyini açıqlayıb. Hücumun hədəfi İsrail ordusunun iyulun 27-də Colan təpələrinə hücumda günahlandırdığı “Hizbullah” komandiri olub.
//Samir Qurbanov, Editor.az

