“Hizbullah”ın komandiri, Əbu Saleh kimi tanınan Məhəmməd Hüseyn Srur İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Bu barədə İDF-nin mətbuat xidməti bildirib və eyni məlumatı “Əl-Hədat” da yayıb.
“Livan 24” xəbər verir ki, komandir ağır yaralanıb, lakin öldürülməyib. Zərbəni F-35 qırıcısı həyata keçirib və o, Livan paytaxtının cənub kənarındakı “Hizbullah” qərargahını vurub. Məhəmməd Hüseyn Srur təşkilatın hava qüvvələri bölməsinə nəzarət edib. Nəşrin mənbəsi hücum nəticəsində daha iki döyüşçünün də həlak olduğunu, 4 nəfərin yaralandığını bildirir.
Xatırladaq ki, sentyabrın 25-dən 26-na keçən gecə İsrail Hərbi Hava Qüvvələri Livanda 75 hərbi obyektə hücumlar həyata keçirib. Hücumun əsas hədəfləri silah arsenalları, reaktiv yaylım atəşi sistemləri və Hizbullahın ölkənin cənubundakı fəaliyyəti ilə bağlı digər obyektlər olub. Bundan əvvəl hava hücumundan müdafiə sistemi Təl-Əvivə yaxınlaşarkən “Hizbullah” raketini vurub. “Hizbullah”ıb zərbəsinin hədəfinin Mossad kəşfiyyat xidmətinin qərargahı olduğunu vurğulanıb.
//Samir Qurbanov, Editor.az