Beyrutun Dahiya məhəlləsində hava hücumu nəticəsində Livan “Hizbullah”ının raket qüvvələrinin komandanı İbrahim Məhəmməd Qubeisi öldürülüb.
Editor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib. İDF iddia edir ki, onunla birlikdə raket bölməsinin daha bir neçə yüksək rütbəli üzvü öldürülüb.
Onların adları verilmir. “Dəqiq kəşfiyyat məlumatları əsasında Beyrutdakı Hərbi Hava Qüvvələrinin qırıcıları İbrahim Məhəmməd Qubeisi öldürüblər. O, “Hizbullah”ın bir neçə raket bölməsinə komandanlıq edib”, – məlumatda deyilir. İbrahim Məhəmməd Qubeisi 2000-ci ildə Har Dov dağı ərazisində üç İsrail əsgərinin qaçırılmasının təşkilatçılarından biri olub. İsrail tərəfi həmçinin onu “İsrail mülki əhalisinə və əsgərlərinə qarşı çoxsaylı terror aktlarının planlaşdırılmasına və həyata keçirilməsinə görə” məsul hesab edir.
İDF-nin məlumatına görə, İbrahim Məhəmməd Qubeisi 1980-ci illərdə “Hizbullah”a qoşulub və o vaxtdan bəri bir sıra rəhbər vəzifələrdə, o cümlədən “Hizbullah2ın Livanın cənubundakı əməliyyat bölməsində yüksək səviyyəli zabit kimi fəaliyyət göstərib.
//Samir Qurbanov, Editor.az