Naim Kasem sentyabrın 27-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülən Həsən Nəsrullahın yerinə Livan “Hizbullah”ının yeni baş katibi seçilib.
Kasem yeni vəzifəyə seçilməzdən əvvəl hərəkatın baş katibinin müavini vəzifəsində çalışıb. “Hizbullah” öz bəyanatında məqsədlərinə çatmaq üçün birləşərək çalışacaqlarına və “qələbə əldə olunana qədər müqavimət alovunu parlaq və bayrağını ucaltmağa” söz verib.
Xatırladaq ki, 1992-ci ildən Hizbullaha rəhbərlik edən Həsən Nəsrullah İsrailin Beyrutdakı yeraltı qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
Oktyabrın 5-də İsrailin hava hücumu zamanı ölən Hizbullah baş katibinin varisi adlandırılan Haşim Səfiəddin də öldürülüb. Media Livanın Qəzza sülh təşəbbüslərinə daxil ediləcəyi təqdirdə hərəkatın atəşi dayandırmağa hazır olduğunu bildirib. Qəzza zolağında İsrail və Fələstin HƏMAS arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir. Bu həftə İsrail girovların azad edilməsi üçün danışıqlara qayıdıb.
//Samir Qurbanov, Editor.az