Hizbullah İsrail əsgərlərinə idarə olunan raketlərlə hücum edibbackend

Hizbullah İsrail əsgərlərinə idarə olunan raketlərlə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah İsrail əsgərlərini hədəfə alıb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullah İsrail-Livan sərhədində baş verən qarşıdurmalarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada Livanın cənubundakı sərhəd bölgəsində yerləşdirilən bir qrup İsrail əsgərinin idarə olunan raketlərlə hücuma məruz qaldığı, hədəflərin tam dəqiqliklə vurulduğu bildirilib.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail artilleriya birləşmələrinin Livanın sərhəd bölgəsində yerləşən Ayta əl-Şaab, Mərvahin, Meys əl-Cəbəl, Ed-Duheyra və Blida qəsəbələrinin ətrafını vurduğu qeyd olunub.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 73 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.

//Səbinə Hüseynli, Editor.az