“Hizbullah” İsrail-Livan sərhədində İsrail Müdafiə Qüvvələrinin komandanlıq məntəqəsinə hücum edib.
Bu barədə Oxu.Az “Al Mayadeen” telekanalına istinadən bildirir.
Məlumata görə, zərbə dron-kamikadze vasitəsilə həyata keçirilib və cihaz hava hücumundan müdafiə sistemini uğurla dəf edib. Onun hədəfi Ayelet Haşahar qəsəbəsi yaxınlığında yerləşdirilən İsrail ordusunun 91-ci diviziyasının qərargahı olub.
Hücum nəticəsində iki İsrail əsgəri yaralanıb.