“Hizbullah” İsrailə qarşı vuruşmağa tam hazırdırbackend

“Hizbullah” İsrailə qarşı vuruşmağa tam hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın “Hizbullah” hərəkatı vaxtı gəldikdə İsrailə qarşı müharibədə HƏMAS-a qoşulmağa “tam hazır olduğunu” bildirib.

Editor.az xəbər verir ki, bu barədə “Times of Israel” “Hizbullah” liderinin müavini Naim Kassemin bəyanatına istinadən yazıb. “Biz tam hazırıq və hərəkət etmək vaxtı gələndə hərəkətə keçəcəyik”.

Bundan sonra Livanla sərhədi olan İsrailin şimalında sirenlər səslənib. “The Times of Israel” qeyd edir ki, son günlər Livandan mümkün raket buraxılışları ilə əlaqədar ölkənin şimalında bir neçə yanlış həyəcan siqnalı verilib.

//Samir Qurbanov, Editor.az