Hizbullah İsrailin hərbi məntəqəsinə hücum edibbackend

Hizbullah İsrailin hərbi məntəqəsinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah Livanın cənubundan İsraildəki hərbi məntəqəyə hücum etdiyini açıqlayıb.

Editor.az Livanın rəsmi agentliyi NNA-a istinadən xəbər verir ki, digər tərəfdən İsrail qüvvələri bir neçə gündür mühasirəyə alaraq bombaladıqları Qəzza zolağının şimalında Kemal Advan xəstəxanasına basqın edib.

Hizbullah İsrailin sərhəddəki hərbi məntəqəsinə hücumla bağlı açıqlama verib. Açıqlamada İsrailin Əl Malikiyye hərbi məntəqəsinə uyğun silahlarla hücum təşkil edildiyi bildirilib.

İsrail silahlı pilotsuz uçuş aparatları (PUA) Beyt Lif və Ramya qəsəbələri arasındakı ərazini bombalayıb.Kefryatir şəhərinin səmasında raketin partladığı və düşən qəlpələrin bir avtomobilə dəydiyi də bildirilib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 100 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub. Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 24, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.

İsrail qüvvələri bir neçə gündür mühasirəyə alaraq bombaladıqları Qəzza zolağının şimalında Kemal Advan xəstəxanasına basqın edib.

İsrail əsgərlərinin xəstəxana rəhbərliyindən və tibb işçilərindən xəstəxana mühafizəçisinin silahını təhvil vermələrini istədiklərini bildirən Kudra İsrailin yeni yalan uydurmağa və xəstəxana basqını qanuniləşdirməyə çalışdığını qeyd edib.

Kemal Advan Xəstəxanasının direktoru Əhməd əl-Kahlut dünən bildirib ki, İsrail ordusu xəstəxananı tanklarla mühasirəyə alıb və xəstəxanaya gedən bütün yolları hədəf alıb.

//Səbinə Hüseynli, Editor.az