“Hizbullah” İsrailin şimalına raket zərbələri endiribbackend

“Hizbullah” İsrailin şimalına raket zərbələri endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın “Hizbullah” hərəkatı İsrail ordusunun 146-cı diviziyasının İsrailin şimalındakı Kibbutz Qaatondakı qərargahına zərbələr endirib.

Editor.az bildirir ki, bu barədə məlumatı “Al Mayadeen” telekanalı təqdim edib. Atılan 30-a yaxın raket aşkarlanıb. ID-nin məlumatına görə, onlardan bəziləri açıq ərazilərə düşüb. Ordunun Telegram-dakı mesajında deyilir ki, İsrail mərmilərin atıldığı yerləri vurur.

Qeyd edək ki, “Hizbullah” lideri Həsən Nəsrullah deyib ki, İsraillə münaqişə “bütün cəbhələrdə yeni mərhələyə daxil olub”.

//Samir Qurbanov, Editor.az