“Hizbullah” qruplaşmasının yüksək rütbəli komandiri öldürüldübackend

“Hizbullah” qruplaşmasının yüksək rütbəli komandiri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan “Hizbullah” qruplaşmasının yüksək rütbəli komandiri Vissam ət-Tavil İsrail Müdafiə Qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb.

Editor.az bildirir ki, ilkin olaraq onun ölümü ilə bağlı “Reuters” və AFP xəbər yayıb. Daha sonra məlumatı “Hizbullah”ın özü də təsdiqləyib. “Al Mayadeen” aydınlaşdırır ki, Vissam al-Tavil, İsrail ordusunun əməliyyatı zamanı pilotsuz təyyarənin onun avtomobilinə endirdiyi zərbə nəticəsində Məcdəl Selm kəndində öldürülüb. AFP-nin məlumatına görə, Vissam əl-Tavil Radvan qüvvələrinin bölmələrindən birinin rəis müavini olub. Agentliyin həmsöhbətləri onun “Hizbullah”ın cənubdakı əməliyyatlarının idarə olunmasında aparıcı rol oynadığını” iddia ediblər.

Xatırladaq ki, İsrail ordusu bu səhər Livandakı “Hizbullah” yaraqlılarının hədəflərinə zərbələr endirdiyini açıqlayıb. İsrail hərbçilərinin məlumatına görə, vurulan hədəflər arasında Marvahina bölgəsindəki yaraqlıların hərbi kompleksi, həmçinin yaraqlıların İsrail ərazisini atəşə tutduğu Aita əş-Şab bölgəsindəki reaktiv yaylım atəşi qurğusu da var. Hücum zamanı ölənlər barədə məlumat verilməyib.

//Samir Qurbanov, Editor.az