“Hizbullah” Suriyada rus operatorlarına təlim keçirbackend

“Hizbullah” Suriyada rus operatorlarına təlim keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada rus operatorlarına İran istehsalı olan PUA-ların Ukraynaya qarşı müharibə üçün təlimlər keçirilir.

Editor.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumatda qeyd edilir ki, onlar Suriyanın Şayrat aerodromunda təlim keçirlər.

“Moskvalılar üçün təlimlər Livan “Hizbullah” Polisi və İran İnqilab Keşikçiləri tərəfindən Suriyanın “Şayrat” hərbi aerodromunun ərazisində keçirilir”, – deyə məlumatda bildirilir. Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, Livan-İran-Rusiya təlim kursu “Şahed-136” və “Ababil-3” PUA-larının, eləcə də uzaqdan idarə olunan “Raad” təyyarələrinin hazırlanmasını nəzərdə tutur. Bildirilir ki, hərbi təlimlərə “Hizbullah”ın komandirlərindən biri, pilotsuz təyyarələrin istehsalı və texniki xidməti üzrə ixtisaslaşmış Kamal Əbu Sadiq rəhbərlik edir.

//Samir Qurbanov, Editor.az