İsrailə qarşı müharibədə HƏMAS terrorçularına dəstək verən Livanın “Hizbullah” terror qruplaşmasının Beyrutdakı bunkerində ən azı 500 milyon dollar nağd pul olduğu güman edilir.
Editor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Daniel Həqari oktyabrın 21-də H sosial şəbəkəsində dərc olunan müraciətində bildirib.
O yazıb ki, artıq ləğv edilmiş “Hizbullah” lideri Həsən Nəsrullahın bunkeri Beyrutun mərkəzində Əl-Sahel xəstəxanasının altında yerləşirdi. Lakin İD orada zərbə endirməyib, çünki İsrail Livan xalqı ilə deyil, “Hizbullah”la müharibə aparır.
Həqarinin sözlərinə görə, bu bunkerdə gizlədilən pul “hələ də Livan dövlətini bərpa etmək üçün istifadə oluna bilər”. “The Times of Israel” yazır ki, o, Beyrutun cənub ətrafı, Dahiya kimi tanınan və “Hizbullah”ın əsas yerləşdiyi 500 milyon dollarlıq bunkeri işarə edən xəritəni göstərib. Haqari vurğulayıb ki, İsrail döyüş təyyarələri “Hizbullah”ın “maliyyə dayaqları”na, o cümlədən “milyonlarla dollar qızıl və nağd pul” olan yeraltı obyektə bir sıra “dəqiq zərbələr” endirib. Lakin o, bütün pulların məhv edilib-edilmədiyini dəqiqləşdirməyib. İDF sözçüsü qeyd edib ki, pul “Hizbullah” tərəfindən İsrailə qarşı təcavüz üçün istifadə olunur.
//Samir Qurbanov, Editor.az

