İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Nabatiyah bölgəsinə bu gün hava qüvvələrinin endirdiyi zərbə nəticəsində Məhəmməd Kamal Naimin öldürüldüyünü bildirib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, o, “Hizbullah” hərəkatında “Radvan” xüsusi təyinatlılarının tank əleyhinə bölməsinə komandirlik edib. “Radvan” “Hizbullah”ın xüsusi əməliyyatların keçirilməsinə cavabdeh olan bölməsidir. İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Məhəmməd Kamal Naim “İsrail mülki əhalisinə qarşı tank əleyhinə raket hücumları da daxil olmaqla, çoxsaylı terror hücumlarının həyata keçirilməsinə” cavabdeh olub.
“Hizbullah” hələ ki, İsrail ordusunun Məhəmməd Kamal Naimin öldürülməsi ilə bağlı açıqlamasına cavab verməyib. İsrail ordusunun Livanın cənubunda “Hizbullah”a qarşı quru əməliyyatı oktyabrın 1-nə keçən gecə başlayıb.
//Samir Qurbanov, Editor.az

